Ərini döyüb xəstəxanalıq etdi

Ərini döyüb xəstəxanalıq etdi
HADİSƏ

15 yanvar 2020, 20:10

Mətn ölçüsü

Qaxda ailə münaqişəsi zəminində ər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə rayonunun Ləkit kəndində baş verib. 
Belə ki, həmin kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Fərrux Rəfael oğlu döş qəfəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxanada F.Əliyevə yardım göstərilib, kəsilmiş yaraya tikiş qoyulub və ambulator müayinə üçün evə buraxılıb. Məlumata görə, F.Əliyev evdə həyat yoldaşı ilə aralarında düşən münaqişə zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.