USD 1.7
EUR 1.8738
TRY 0.286
RUB 0.027
  • Bakı 8°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 1°C
  • LƏNKƏRAN -1°C
  • ŞƏKİ -1°C
  • QUBA 1°C
  • NAXÇIVAN -5°C

Amerikaya göndərilən bağlamada NARKOTİK AŞKARLANDI - FOTO

Hadisə

Mətn ölçüsü

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, invoys sənədində malın adı "coffee table" göstərilən poçt bağlaması Bakı Karqo Terminalına daxil olub. 

Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib. Baxış zamanı, karton qutunun içərisindən sökülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkarlanıb. 

Həmin masanın "mdf" materialından olan alt, üst panellərinin və oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilən faner lövhələrin altından, təmiz çəkisi 2455 qram narkotik vasitə - tiryək aşkar edilib. 

Qalereya

3

Xəbəri paylaş: