Soyğunçuluq edən keçmiş məhkum TUTULDU

Soyğunçuluq edən keçmiş məhkum TUTULDU
HADİSƏ

16 yanvar 2020, 14:07

Mətn ölçüsü

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.