Keçmiş məhkum avtomobil OĞURLADI
    • 17-01-2020, 12:45
    • 717

Keçmiş məhkum avtomobil OĞURLADI

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.