Zaqatalada avtomobil qəza oldu
    • 17-01-2020, 20:47
    • 2 249

Zaqatalada avtomobil qəza oldu

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda olub. “Mercedes” və “VAZ 2107” markalı maşınlar toqquşub. Qəza nəticəsində 4 nəfər 1961-ci il təvəllüdlü rayonun Muxax kənd sakini Əhmədov Abdulməcid Abakar oğlu ,1956-cı il təvəllüdlü Muxax kənd sakini Şabanov Məhəmməd Şaban oğlu, 2015-ci il təvəllüdlü Zaqatala şəhər sakini Süleymanov Süleyman Emil oğlu və 1986-cı il təvəllüdlü şəhər sakini Qurbanov Sərxan Seyfillah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.