Xırdalanda avtomobil piyadanı vurdu
    • 17-01-2020, 23:34
    • 1 310

Xırdalanda avtomobil piyadanı vurdu

Abşeronda gənc oğlanı avtomobil vurub.
News24.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Heydər Əliyev prospektində yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Kazımov Sədrəddin Tahir oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona sağ budun və çanaq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.