Azərbaycanlı tələbə İtaliyada İTKİN DÜŞÜB
    • 18-01-2020, 12:06
    • 776

Azərbaycanlı tələbə İtaliyada İTKİN DÜŞÜB

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.

hadisə yanvarın 10-da İtaliyanın Torino şəhərində baş verib.
Belə ki, Bakı şəhər sakini Əliguşad Xıdırov yanvarın 16-da Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə (PŞ) müraciət edərək İtaliyanın Torino şəhərindəki Politexnik Universitetində təhsil alan oğlu, 1996-ci il təvəllüdlü Cavid Xıdırlının həmin şəhərdə itkin düşdüyünü bildirib.
Hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılır. /Report/