USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 11°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 11°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 10°C
  • QUBA 7°C
  • NAXÇIVAN 11°C

Cəlilabadda narkotik alverçiləri saxlanıldı

HADİSƏ

Mətn ölçüsü

Cəlilabad rayonunda narkotik alverçiləri saxlanılıb.
Cəlilabad rayon Polis Şöbəsindən News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar. A.Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3,390 qram narkotik vasitə heroin, G.Məmmədovdan 3 kiloqram 350 qram heroin, Ş.İsmayılovun üzərindən isə ümumi çəkisi 1,364 qram olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq dəstə üzvü Ş.İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı əlavə olaraq satış üçün əldə etdiyi 4 ədəd bağlamaq qablaşdırılan ümumi çəkisin 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.
Keçirilən daha bir tədbir zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman cibindən 29 büküm ümümi çəkisi 7,461 qram olan narkotik vasitə heroin aşkar olunub. Əməliyyat –axtarış tədbirlərinin davamı olaraq A.Ağayevin evinə baxış zamanı əlavə olaraq 2 ədəd bağlama təmiz çəkisi 2 kiloqram 200 qram olan heroin və 40 ədəd bükümdə ümumi çəkisi 2,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbəri paylaş: