Ağacanı döyüb xəstəxanalıq etdilər

Ağacanı döyüb xəstəxanalıq etdilər
HADİSƏ

18 yanvar 2020, 23:07

Mətn ölçüsü

Bakının Xətai rayonunda Nobel prospektində, "Günəş" marketin yaxınlığında döyülmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Mübahisə böyüyüb və  o, döyülərək ağır xəsarət alıb.
3 saylı şəhər xəstəxanasına çatdırılan şəxsə qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub. Bildirilir ki,  Əliyev Ağacan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.