Çağırışa gedən 3 təcili yardım maşını qəzaya düşüb - YARALILAR VAR
    • 20-01-2020, 11:27
    • 1 527

Çağırışa gedən 3 təcili yardım maşını qəzaya düşüb - YARALILAR VAR

Çağırışa gedən 3 təcili tibbi yardım maşını qəzaya düşüb.

News24.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Azvision.az -a açıqlamasında bildirib ki, təcili tibbi yardım maşını Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çağırışa gedərkən digər avtomobil tərəfindən vurulub.

“Hadisə yerinə kömək üçün gələn başqa təcili tibbi yardım maşınını da orada vurublar. Daha sonra əraziyə cəlb olunan üçüncü təcili tibbi yardım maşını vurulub. Nəticədə 6-sı tibb işçisi olmaqla 7 nəfər yüngül xəsarət alıb. Onlara yerində ambulator yardım göstərilib”.