Sumqayıtda qəzaya düşən tibb işçiləri evə buraxıldı

Sumqayıtda qəzaya düşən tibb işçiləri evə buraxıldı
HADİSƏ

20 yanvar 2020, 22:33

Mətn ölçüsü

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.
Bu barədə News24.az-a Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
Yanvarın 20-də Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.
Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.