Kürdəmir sakinindən TÜFƏNG GÖTÜRÜLDÜ
    • 21-01-2020, 12:14
    • 1 015

Kürdəmir sakinindən TÜFƏNG GÖTÜRÜLDÜ

Kürdəmir sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muradxan kənd sakini Q.Talıbovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.