Azərbaycanda 14 yaşlı qızı ərə verdilər – CİNAYƏT İŞİ AÇILDI
    • 21-01-2020, 13:56
    • 1 061

Azərbaycanda 14 yaşlı qızı ərə verdilər – CİNAYƏT İŞİ AÇILDI

Şamaxı rayonunda azyaşlı qızla cinsi əlaqədə olmuş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-
ın məlumatına görə, rayon sakini N.İsmayılovun azyaşlı qızla cinsi əlaqəyə girməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 152.2-ci, yəni, on dörd yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə və ya seksual xarakterli hərəkətlər etmə maddəsilə açılan işin materialları Şamaxı Rayon Məhkəməsinə göndərilib. İş hakim Etibar Hümbətovun icraatına verilib. Hazırlıq iclası yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, iş üzrə azyaşlı A.Atamalıyeva zərərçəkən şəxs qismində tanınıb. Məlum olub ki, ailələr N.İsmayılovla A.Atamalıyevanın evlənməsinə razılaşıblar.