Xızıda itkin düşən ana və 3 uşağı tapıldı
    • 21-01-2020, 22:28
    • 1 224

Xızıda itkin düşən ana və 3 uşağı tapıldı

Xızıda itkin düşən ana və 3 övladı tapılıb.
News24.az xəbər verir ki, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.
İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.
Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.