Qax və Salyanda YANĞIN

Qax və Salyanda YANĞIN
HADİSƏ

22 yanvar 2020, 09:00

Mətn ölçüsü

Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Lələli kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir yanğın hadisəsi isə Salyan rayonunun Çuxanlı kəndində baş verib. Ümumi sahəsi 190 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.