Məhşur hakimin ailəsində AĞIR İTKİ
    • 24-01-2020, 10:56
    • 696

Məhşur hakimin ailəsində AĞIR İTKİ

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfova ağır itki üz verib.

News24.az-ın məşhur hüquqşünasın qardaşı Fəxrəddin Nəcəfov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, İsa Nəcəfov 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib. 22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 06 aprel 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. O, Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M.T.Siseronun, Platonun, Ə.H.Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl- Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil edib.