“Elmlər Akademiyası”nda sərnişinlər qatarı tərk etdilər -TƏCİLİ

“Elmlər Akademiyası”nda sərnişinlər qatarı tərk etdilər -TƏCİLİ
HADİSƏ

24 yanvar 2020, 20:40

Mətn ölçüsü

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.  


News24.az xəbər verir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib.  


“Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkətdə olan qatar stansiyaya çatanda sərnişinlərin qatarı tərk etməsi bildirilib.  


“Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.  

O bildirib ki, metronun Elmlər Akademiyası stansiyasında yeni qatarların birində problem yaşanıb: 


“Qatarda olan sərnişinlərdən biri “acil çıxış” düyməsinə basıb. Bu səbəbdən stansiyaya daxil olan qatarın qapıları bağlanmayıb. Boş qatar “İnşaatçılar” stansiyasına yollanıb. Orada yaranmış problem aradan qaldırılıb. Qatarların intervalında gecikmə olmayıb”.