Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı, tibb işçiləri yaralandı - FOTO
    • 24-01-2020, 22:36
    • 1 228

Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı, tibb işçiləri yaralandı - FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. 

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.  

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.