Baki sakini bıçaqla hədələyib, avtomobilini OĞURLADI

Baki sakini bıçaqla hədələyib, avtomobilini OĞURLADI
HADİSƏ

25 yanvar 2020, 15:40

Mətn ölçüsü

Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.