Ağsuda ev yanıb
    • 25-01-2020, 22:21
    • 1 405

Ağsuda ev yanıb

Ağsu rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildiriblər ki, hadisə nəticəsində ikiotaqlı evdəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.