Göyçayda 4 otaqlı ev yandı
    • 26-01-2020, 16:58
    • 781

Göyçayda 4 otaqlı ev yandı

Göyçay rayonunda ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.