Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI
    • 27-01-2020, 10:00
    • 978

Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı "Report"a təsdiqləyib. /report/