Goranboyda ev yandı - XƏSARƏT ALAN VAR
    • 28-01-2020, 09:14
    • 783

Goranboyda ev yandı - XƏSARƏT ALAN VAR

Goranboy rayonunun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.