Bakıda uşaq 8 ədəd maqnit uddu - BAĞIRSAĞI DEŞİLDİ - FOTO

Bakıda uşaq 8 ədəd maqnit uddu - BAĞIRSAĞI DEŞİLDİ - FOTO
HADİSƏ

28 yanvar 2020, 14:44

Mətn ölçüsü

Bakıda daha bir uşaq maqnit udub.

5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb. 

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu. /Report/