Son dəqiqə! Bakıda quş dəstəsi ilə toqquşduğu üçün təyyarə təcili eniş edib
    • 29-01-2020, 22:28
    • 1 413

Son dəqiqə! Bakıda quş dəstəsi ilə toqquşduğu üçün təyyarə təcili eniş edib

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.


News24.az xəbər verir ki, Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.


Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.


Sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaqlar.