SON DƏQİQƏ! Azərbaycanlı tələbələr Çindən təxliyə olunur - CANLI YAYIM - YENİLƏNDİ
    • 30-01-2020, 13:37
    • 1 922

SON DƏQİQƏ! Azərbaycanlı tələbələr Çindən təxliyə olunur - CANLI YAYIM - YENİLƏNDİ

Koronavirus epidemiyasının yaşandığı Çinin Uhan şəhərindəki Türk vətəndaşlarını Türkiyəyə gətirəcək hərbi yük təyyarəsi, Kayseridən Etimesgut Hərbi Hava Limanına gəlib.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Kayseri 12-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığından yola çıxan Türk Hərbi Hava Qüvvələri A400M yük təyyarəsi, Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılan böyük evakuasiya əməliyyatı çərçivəsində sağlamlıq qrupları və avadanlıqları aldıqdan sonra Çinə yollanacaqlar.

Təcili yardım təyyarəsi, epidemiyanın yaşandığı Uhanda yaşayan və Türkiyəyə dönmə tələblərini irəli sürən vətəndaşları, sağlamlıq qrupları və infeksiya mütəxəssislərinin müşahidəsi altında Türkiyəyə gətirəcək.

Qeyd edək ki, Uhandan təxliyə edilənlər arasında 7 azərbaycanlı tələbə də var.

***13:17
Çinin Uhan şəhərindən insanların təxliyə olunmasına başlanıb.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Türkiyə hazırda Uhandan 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan, 1 Albaniya vətəndaşını Türkiyəyə gətirmək üçün "Koca Yusuf" korqo təyyarəsi ilə Etimesgut hərbi hava limanından Çinə yola salınır.