Cəlilabadda maşın 9 yaşlı oğlanı vurub
    • 31-01-2020, 20:37
    • 1 014

Cəlilabadda maşın 9 yaşlı oğlanı vurub

Cəlilabadda minik avtomobili 9 yaşlı oğlanı vurub.
News24.az xəbər verir ki, şəhərin Məhəmməd Hadi küçəsində hərəkət edən "VAZ" markalı minik avtomobili tərəfindən 2011-ci il təvəllüdlü Əbülfəz Faiq oğlu Əsədovu vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı bud və çanaq sümüyünün sınığı diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda sürücünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.