Bakıda avtomobil xidmət aparan polis əməkdaşını vuraraq öldürdü
    • 3-02-2020, 10:03
    • 595

Bakıda avtomobil xidmət aparan polis əməkdaşını vuraraq öldürdü

Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil idarətməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır. /report.az/