Xocavənddə iki piyadanı maşın vurdu - ÖLƏN VAR
    • 3-02-2020, 12:07
    • 704

Xocavənddə iki piyadanı maşın vurdu - ÖLƏN VAR

Xocavənddə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a  verilən məlumata görə, hadisə fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri N.Əlizadəni və İ.Hacızadəni vurub.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.