Mingəçevirdə qəza -  1000 EV QAZSIZ QALDI
    • 3-02-2020, 12:10
    • 617

Mingəçevirdə qəza - 1000 EV QAZSIZ QALDI

Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 millimetr olan qaz xətti zədələnib.

“Azəriqaz”dan News24.az-a verilən məlumata görə, qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb. 

Hazırda birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.