Səbail rayonunda ikimərtəbəli bina yandı - xəsarət alan var
    • 4-02-2020, 20:35
    • 780

Səbail rayonunda ikimərtəbəli bina yandı - xəsarət alan var

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən News24.az-a verilən məlumata görə, yanğın paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 32 m² olan 1 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.