Xızıda 40 baş KEÇİ OĞURLANDI
    • 5-02-2020, 10:38
    • 773

Xızıda 40 baş KEÇİ OĞURLANDI

Xızıda 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqov saxlanılıb.
 
Saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib. 

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.