“Gənclik Mall”ın qarşısında marşrut avtobusu hoqqa çıxardı – VİDEO
    • 5-02-2020, 11:23
    • 1 187

“Gənclik Mall”ın qarşısında marşrut avtobusu hoqqa çıxardı – VİDEO

Bakıda bəzi marşrut avtobuslarının qaydaları pozması, nəqliyyatın hərəkətini iflic etməsi və digər nəqliyyat vasitələrinə təhlükə yaratması adi hala çevrilib.

News24.az-ın məlumatına görə, daha bir özbaşınalığın görüntüləri Nərimanov rayonu ərazisində - “Gənclik Mall”ın qarşısında baş verib. 33 saylı xətt avtobusu Xoyski küçəsində bütün nəqliyyat vasitələrinin hərəkətini iflic edərək 3 hərəkət zolağını dəyişib, daha sonra avtobusun sürücüsü düz xətti kəsərək əks yola çıxıb və qadağan edilmiş yerdən Atatürk prospektinə dönüb.

Görüntülərdən avtobus sürücüsünün 1 dəqiqədə bir neçə qayda pozuntusuna yol verdiyi və Bakıda ciddi nəzarətin olduğu bir ərazidə hansı özbaşınalıqları etdiyi aydın görünür.

Qeyd edək ki, Bakı şəhərində bir sıra marşrut xətləri var ki, tamamilə nəzarətsizdir və həmin xətlərdəki avtobuslar hər gün yüzlərlə qayda pozuntuları edirlər.