Sumqayıtda evdən kişi MEYİTİ TAPILDI
    • 5-02-2020, 11:34
    • 694

Sumqayıtda evdən kişi MEYİTİ TAPILDI

Sumqayıtda mənzildən meyit tapılıb.

Bu barədə News24.az  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-ci il təvəllüdlü Cəfərov Niyaz Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.