İşıqforun gözləməyən "İnfiniti" "07"yə çırpıldı
    • 5-02-2020, 21:22
    • 689

İşıqforun gözləməyən "İnfiniti" "07"yə çırpıldı

Gəncə şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. "İnfiniti" markalı avtomobil "VAZ-2107" markalı avtomaşına çırpılıb.

Hadisə nəticəsində "VAZ" avtomobilini idarə edən Vüqar adlı sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncədə yerləşən özəl xəstəxanalardan birinə çatdırılıb.

İlkin məlumata görə qəzaya səbəb işıqforun gözlənilməməsi olub. Faktla bağlı araşdırma aparılır