Göyçayda akkumulyator oğurlayan şəxs TUTULDU
    • 6-02-2020, 10:36
    • 834

Göyçayda akkumulyator oğurlayan şəxs TUTULDU

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə məxsus ümumi dəyəri 560 manat olan 2 ədəd akkulmulyatorun oğurlanması barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov saxlanılıb.  

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır, oğurluq əməlində digər şəxslərin iştirakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.