Abşeronda maşın piyadanı VURARAQ ÖLDÜRDÜ
    • 6-02-2020, 13:34
    • 959

Abşeronda maşın piyadanı VURARAQ ÖLDÜRDÜ

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 5-də saat 21 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.