Yevlaxda 100-dək çinar ağacı yandı
    • 6-02-2020, 20:35
    • 720

Yevlaxda 100-dək çinar ağacı yandı

Yevlaxda yanğın hadisəsi olub. 

News24.az xəbər verir ki, Yanğın hadisəsi Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin aralığında baş verib. Yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yanıb. Güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib.

Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib.

Əraziyə yanğınsöndürmə birqadası çağrılıb. Çətnliklə də olsa, yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanğından ziyan görüb.

Onlardan bir neçəsi tamamilə yandığından küləyin təsirindən aşıb. Yanğından zərər görən ağaclar 8-10 il öncə yol kənarına əkilən çinarlardır. Baş verən hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb