Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı
    • 7-02-2020, 21:16
    • 1 120

Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı

Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasında sərnişinlərdən biri özünü qatar yoluna atıb.

"Bakı Metropoliteni"ndən News24.az-a verilən məlumata görə, qatarı idarə edən maşinist çevik reaksiya verib və həmin şəxs xəsarət almayıb. Gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb və polisə təhvil verilib.
Bu səbəbdən həmin xətdə on dəqiqəyədək yubanma olub.