Polislər Qubada yanan evlərin söndürülməsinə BELƏ KÖMƏK ETDİLƏR - FOTOLAR
    • 8-02-2020, 10:10
    • 980

Polislər Qubada yanan evlərin söndürülməsinə BELƏ KÖMƏK ETDİLƏR - FOTOLAR

Fevralın 7-də səhər saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun ucqar dağ kəndlərindən olan Qarxun kəndi ərazisində yerləşən bir neçə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon mərkəzindən təxminən 75 km aralıda yerləşən kəndə yollanıblar.

Baş verən yanğın hadisəsinə RPŞ və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün bütün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların digər yaşayış evlərinə keçməsinin qarşısının alınmasında böyük köməklik göstəriblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.