Ağsu, Salyan və Sabirabadda YANĞINLAR
    • 8-02-2020, 10:18
    • 2 560

Ağsu, Salyan və Sabirabadda YANĞINLAR

Azərbaycanın bir neçə rayonunda yanğın hadisi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Ağsu rayonunun Bico kəndində ümumi sahəsi 80 m² olan 3 otaqlı evin yanar konstruksiyaları və içərisinə yığılan 450 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 396 m² olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Surra kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.