Çində koronaviruslardan ölənlərin sayı 1016-a çatdı
    • 11-02-2020, 09:15
    • 1 886

Çində koronaviruslardan ölənlərin sayı 1016-a çatdı

Çində koronavirusdan ölənlərin sayı dayanmadan artır.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, virusdan ölənlərin sayı 1016 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı 42 638 nəfərə çatıb.

Qeyd edilir ki, virusa yoluxmuş 3996 nəfər sağalaraq xəstəxanalardan evə buraxlıblar.