Bakıda qar 5 nəfəri XƏSTƏXANALIQ ETDİ
    • 11-02-2020, 13:01
    • 806

Bakıda qar 5 nəfəri XƏSTƏXANALIQ ETDİ

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.