Xızı dağlarında tutulan Bakının məşhur “avtoş”larının ŞOK VİDEOSU

Xızı dağlarında tutulan Bakının məşhur “avtoş”larının ŞOK VİDEOSU
HADİSƏ / Video

11 fevral 2020, 16:50

Mətn ölçüsü

Daxili İşlər Nazirliyi tərəfindən Xızı rayonunda qarda “avtoş”luq edən gənclərin tutulması barədə məlumat verilmişdi.

News24.az-ın məlumatına görə, qarla örtülü olan dağlıq ərazidə Xızı RPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərkən tutulan gənclər - Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov paytaxtda da məşhur olub. 

Onlar etdikləri hərəkətlər və avtomobillərinin videolarını vaxtaşırı olaraq çəkərək paylaşıblar.

Həmin görüntülərdən bəzilərini təqdim edirik.

Qeyd edək ki, hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.

Çəhrayı rəngli Niva paytaxtda "Pantera 094" ləqəbi ilə “avtoş”lar arasında məşhurdur.

Instagram