Tovuzda  “Mercedes” aşdı
    • 13-02-2020, 23:18
    • 1 023

Tovuzda “Mercedes” aşdı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon sakinləri 1993-cü il təvəllüdlü Əkbərov Arzu Süleyman oğlu və 1996 ci il təvəllüdlü Bayramov Allahverdi Sahib oğludur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.