Badamdarda yenidən SÜRÜŞMƏ OLDU - FOTO -YENİLƏNDİ

Badamdarda yenidən SÜRÜŞMƏ OLDU - FOTO -YENİLƏNDİ
HADİSƏ

14 fevral 2020, 15:37

Mətn ölçüsü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:

"Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq".


***
15:10
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

Sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.

Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb. /Report/