USD 1.7
EUR 1.8352
TRY 0.2784
RUB 0.0265
  • Bakı 8°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 16°C
  • LƏNKƏRAN 11°C
  • ŞƏKİ 15°C
  • QUBA 4°C
  • NAXÇIVAN 11°C

130-dan çox bələdiyyə sədri cəzalandırıldı

Hadisə

Mətn ölçüsü

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78 min 500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.

News24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ötən il 2800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bundan əlavə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Xəbəri paylaş: