28 yaşlı oğlan başından bıçaqlandı

28 yaşlı oğlan başından bıçaqlandı
HADİSƏ

15 fevral 2020, 00:27

Mətn ölçüsü

31 yaşlı kişi həmkəndlisini başından bıçaqlayıb.

News24.az xəbər verir kihadisə Zaqatalanın Qandax kəndində baş verib.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb. 

Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.