Şəmkirdə avtomobil qəzası baş verib - xəsarət alan var
    • 15-02-2020, 22:25
    • 1 398

Şəmkirdə avtomobil qəzası baş verib - xəsarət alan var

Şəmkir rayonunda avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki,  hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.