Bakıda oğru iş başında yaxalandı
    • 17-02-2020, 22:18
    • 760

Bakıda oğru iş başında yaxalandı

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, hadisə fevralın 17-də, paytaxtın Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1993-cü il təvəllüdlü Xanlar Kərimov evdən məişət əşyaları və elektrik avadanlıqları oğurlayan zaman Suraxanı Rayon Polis İdarəsinin Post Patrux Xidməti əməkdaşları tərəfindən saxlanılıb və 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.